ÖFKƏYƏ DÖNMƏK
ÖHDƏSİNDƏ QALMAQ
OBASTAN VİKİ
Tam ögey qohumluq
Tam ögey qohumluq — əvvəlki ailədən uşaqları olan valideynlərin ailə qurduqdan sonra uşaqlarının bir-biri ilə qohumluq münasibətləri. Tam ögey bacı-qardaşlar bir ailədə böyüsələr də, bir-birləri ilə bioloji qohumluqları yoxdur . Bir atadan ya anadan olan olan uşaqlar sadəcə ögey qardaş-bacı sayılırlar.
Ögey ata (film)
Ögey ata – Azərbaycan filmi. == Məzmun == Filmin qəhrəmanı Kəramətin bir çoxlarından fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir". Düzdür, borcu hörmətindən daha çoxdur, amma onun xeyli borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda "haqsızlıqla" qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey bundan başlayır. == Film haqqında == Martın 14-də "Park Cinema"-da "Ögey ata" filmi jurnalistlərə təqdim olunub. "Planet Parni iz Baku" studiyasının çəkdiyi bu ekran əsərinin ssenarisi və baş rolu aktyor Fərda Xudaverdiyevə məxsusdur. Prodüser Tahir İmanov bildirdi ki, kollektiv bir hissə ilə kifayətlənməyərək silsilə halında bir neçə bu tipli film çəkəcək.
Ögey ana (film, 1958)
Ögey ana — Rejissor Həbib İsmayılovun filmi. Azərbaycanda ən populyar filmlərdən biridir. Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın İsmayıllı rayonunun Buynuz kəndində cərəyan edir. 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı Film Üçüncü mükafat almışdır. Film aktrisa Nəsibə Zeynalovanın kinoda ilk işidir. Filmdə Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi də suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən hər iki aktyor soyuqlayıb qızdırmışdı. Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə etmişdilər. Prokata çıxdığı zaman filmə 21,8 milyon tamaşaçı baxmışdı.
Ögey ana (teleserial, 2017)
"Ögey ana" — Sain Qəhrəmanın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Serial yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, Ögey ana - Sevincin uşaqların ürəyinə yol tapmaq cəhdlərindən bəds edir.
Ögey ata (film, 2013)
Ögey ata – Azərbaycan filmi. Filmin qəhrəmanı Kəramətin bir çoxlarından fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir". Düzdür, borcu hörmətindən daha çoxdur, amma onun xeyli borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda "haqsızlıqla" qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey bundan başlayır. Martın 14-də "Park Cinema"-da "Ögey ata" filmi jurnalistlərə təqdim olunub. "Planet Parni iz Baku" studiyasının çəkdiyi bu ekran əsərinin ssenarisi və baş rolu aktyor Fərda Xudaverdiyevə məxsusdur. Prodüser Tahir İmanov bildirdi ki, kollektiv bir hissə ilə kifayətlənməyərək silsilə halında bir neçə bu tipli film çəkəcək.